📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski Türkiyəyə səfər edəcək

2026-10-30 19:38:12

Zelenski Türkiyəyə səfər edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 31-də Türkiyəyə işgüzar səfər edəcək.

Hurriyyet.net  xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Burhanəddin Duran “X” hesabında məlumat verib.

Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq səfər çərçivəsində İstanbulda görüşlər keçiriləcək.

Görüşlərdə Türkiyə ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində atılacaq addımlar, Rusiya-Ukrayna müharibəsi, Qara dənizdə təhlükəsizlik vəziyyəti, eləcə də regional və beynəlxalq məsələlər müzakirə olunacaq.