Zelenski prezident seçkiləri ilə bağlı mümkün - Tarix açıqladı
2026-10-19 17:17:11
Ukraynada prezident seçkiləri müharibə başa çatdıqdan 6 ay sonra keçiriləcək.
Hurriyyet.net xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “NBC News” telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, bu müddət ərzində hakimiyyət orqanları zəruri qanunları qəbul edə və təhlükəsizlik tədbirlərini hazırlaya biləcəklər.
“Bu, o cümlədən cəbhədə olan ukraynalı hərbi qulluqçuların da səsvermə hüququnu həyata keçirə bilməsi üçün zəruridir”, - deyə Zelenski vurğulayıb.
O əlavə edib ki, Rusiya hərbi əməliyyatların tam dayandırılmasına razılaşarsa, hazırlıqları 60 gün ərzində həyata keçirməyə hazırdır.