📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski Ərdoğandan kömək istədi - Putinlə görüşmək üçün

2026-11-02 11:13:12

Zelenski Ərdoğandan kömək istədi - Putinlə görüşmək üçün

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edərək Rusiya lideri Vladimir Putinlə görüşün təşkilinə yardım göstərməsini xahiş edib.

Hurriyyet.net  xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.

Zelenski Türkiyənin Ukrayna ilə bağlı danışıqlarda vasitəçi rolunu oynaya biləcəyini bildirib:

“İstanbul bu proses üçün praktik və real məkandır. Bilirəm ki, Prezident Ərdoğan Putinlə əlaqə saxlayır. Buna görə də Türkiyədə görüşün keçirilməsini dəstəkləyirik”.

Qeyd edək ki, daha əvvəl Ukrayna ilə bağlı mümkün danışıqlarda Avropanı Fransa, Almaniya və Böyük Britaniyanın təmsil edə biləcəyi barədə məlumat yayılmışdı.