📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zaur Mikayılov Naxçıvanda su layihələrinin icrası ilə tanış olub - Fotolar

2026-11-14 18:01:37

Zaur Mikayılov Naxçıvanda su layihələrinin icrası ilə tanış olub - Fotolar

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Naxçıvana səfəri çərçivəsində bir sıra su təsərrüfatı layihələrinin icra vəziyyəti ilə tanış olub.

Hurriyyet.net  xəbər verir ki, bu barədə ADSEA məlumat yayıb.

Məlumata görə, səfər zamanı Culfa rayonunun Əlincə kəndi ərazisində Bənənyar kanalına, Babək rayonunun Çeşməbasar və Gülşənabad kəndləri arasında 240 hektar sahədə qapalı suvarma və drenaj şəbəkəsinin tikintisinə, Nehrəm qəsəbəsində Araz-2 nasos stansiyasına, həmçinin Naxçıvan şəhəri ərazisində Qaraçux kanalının tikintisi işlərinə baxış keçirilib.

Layihələrin həyata keçirilməsi Naxçıvanda suvarma infrastrukturunun müasirləşdirilməsinə, su təminatının yaxşılaşdırılmasına və kənd təsərrüfatı torpaqlarının suvarma imkanlarının genişləndirilməsinə mühüm töhfə verəcək.