📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yeni icra başçısı kimdir?

2026-10-22 14:26:08

Yeni icra başçısı kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Orxan Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Hurriyyet.net  xəbər verir ki, O.Məmmədov bu təyinata qədər Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyib.

37 yaşlı məmur daha əvvəl Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısı Aparatının hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.

Yeni icra başçısı Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsininin məzunu, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistrantıdır.

O, Məmmədov evlidir, dörd övladı var.