Yaşayış binalarında elektrik sobalarına keçid tələbi
2026-10-22 13:38:36
Yaşayış binalarında elektrik sobalarına keçid tələbi qoyulur.
Hurriyyet.net APA-ya istinadən xəbər verir ki, bu, “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” sənədində əksini tapıb.
Sənədə əsasən, təbii qazla işləyən avadanlıqların elektrikləşdirilməsi çərçivəsində 2035-ci ilədək yaşayış binalarında elektrik sobalarına keçid hədəfi müəyyənləşir.Elektrik sobalarını işlətmək üçün bərpa olunan elektrik enerjisindən istifadənin dəstəklənməsi, şəhər və kənd yerlərində elektrik sobalarının quraşdırılmasının təşviqi planlaşdırılır.
Bütün binalarda 2060-cı ilədək elektrik sobalarının payını 100%-ə çatdırılması, bütün yeni binalarda elektrik sobalarının olması tələbləri də nəzərdə tutulur.