📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yasamalda çörək emalı müəssisəsi bağlandı - Fotolar

2026-11-02 16:04:34

Yasamalda çörək emalı müəssisəsi bağlandı - Fotolar

Paytaxtın Yasamal rayonu, 7-ci sallaqxana küçəsi 7A ünvanında fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb.

Hurriyyet.net  xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Agentliyinin əməkdaşları sözügedən ünvanda fiziki şəxs Cəfər Zabit oğlu Cavadlıya məxsus çörək emalı müəssisəsində plandankənar yoxlama keçirilib.

Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulması faktları müəyyən edilib.

Belə ki, müəssisənin antisanitar şəraitdə, qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsiplərinə əməl olunmadığı, istehlak üçün nəzərdə tutulan çörəklərin polimer qablaşdırmalarda antisanitar vəziyyətdə saxlanıldığı müəyyən edilib.

Nöqsanlarla bağlı inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti dayandırılıb.