📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yamalın atası hava limanında qalmaqal yaratdı

2026-10-28 16:38:23

Yamalın atası hava limanında qalmaqal yaratdı

“Barselona”nın futbolçusu Lamin Yamalın atası Münir Nəsraui “Qızıl top”un təqdimetmə mərasiminə yollanarkən qalmaqala səbəb olub.

Hurriyyet.net  xəbər verir ki, o, Barselona Hava Limanının gözləmə zalındakı kafelərdən birində qalmaqal yaradıb. 

Hadisəyə Nəsrauinin gödəkçəsini qadağan olunmuş yerə asması səbəb olub. Bu zaman kafe işçilərindən biri ondan gödəkçəsini həmin yerdən götürməsini istəyib. Yamalın atası isə buna etiraz edib və kafe işçisi ilə mübahisəyə başlayıb. 

Nəticədə hadisəyə hava limanının təhlükəsizlik xidməti müdaxilə edib.