📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xocalıda Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib- FOTO

2026-11-06 17:19:40

Xocalıda Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib- FOTO

8 Noyabr – Zəfər Günü münasibətilə Xocalı rayonunun Balıca kəndində ağacəkmə aksiyası keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birgə təşkilatçılığı ilə həyata keçirilən aksiya zamanı ərazidə müxtəlif növ ağac və gül bitkiləri əkilib. Qeyd edək ki, Zəfər Günü ərəfəsində təşkil olunan ağacəkmə aksiyası, ərazilərdə yaşıllıq sahələrinin artırılması, ekoloji mühitin yaxşılaşdırılması və təbiətin qorunmasına xidmət edir.