📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkar olunub

2026-10-19 18:53:44

Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkar olunub

Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkar olunub.

Bu barədə Hurriyyet.net  Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinin, texniki müşahidə məntəqəsinin və sərhəd gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin Azərbaycana mənsub hissəsində, Lənkəran reydində sahildən 20 dəniz mili məsafədə ümumi çəkisi 8 kiloqram 600 qram olan narkotik vasitə, həmçinin bir kisədə 350 metr uzunluğunda sintetik tor aşkar olunaraq götürülüb.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.