📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xamenei ABŞ ilə danışıqlar aparmaq üçün İran hökumətinə səlahiyyət verdi

2026-11-02 21:27:57

Xamenei ABŞ ilə danışıqlar aparmaq üçün İran hökumətinə səlahiyyət verdi

İranın ali rəhbəri Müctəba Xamenei münaqişənin dinc yolla tənzimlənməsi məqsədilə ABŞ ilə danışıqlar aparmaq üçün hökumətə səlahiyyət verib.

Oxu.Az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkianın rəsmi saytında yayımlanan məlumatda bildirilib.

"Biz problemi dialoq yolu ilə həll etməyə çalışırıq və bu məsələdə ali rəhbər də hökumətə müəyyən səlahiyyətlər verib", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün ABŞ-nin yaxın günlərdə İrana nüvə zərbəsi endirə biləcəyi barədə məlumatlar yayılıb.