Vəli Quliyev müavini müdir təyin etdi - FOTO
2026-10-27 18:11:55
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində (DƏMX) yeni təyinat baş tutub.
Pərviz Məmmədov Risklərin idarəedilməsi və elektron audit şöbəsinin müdiri təyin olunub.
DƏMX-in rəisi Vəli Quliyev bununla bağlı müvafiq əmr imzalayıb.
Pərviz Məmmədov 2024-cü ildən yeni təyinatadək həmin şöbədə müdir müavini olub.
2014-2024-cü illər ərzində isə "NBC Bank", "Turan Bank" və Azərbaycan Mərkəzi Bankında fəaliyyət göstərib./Yurd.Media/
