Vaşinqtonda silahlı insident baş verib
2026-11-12 21:00:18
ABŞ-nin paytaxtı Vaşinqtonda baş verən silahlı insident nəticəsində bir neçə nəfər güllələnib.
Modern.az xəbər verir ki, bu barədə “ABC News” telekanalı polis mənbələrinə istinadla məlumat yayıb.
Vaşinqtonun Metropolitan Polis Departamenti şəhərin şimal-qərbində, 15-ci küçə ilə P küçəsinin kəsişməsində aktiv atışma ilə bağlı əməliyyat aparıldığını açıqlayıb.
Hadisə yerinə polisin xüsusi təcili müdaxilə qrupu cəlb edilib. ABŞ-nin Alkoqol, Tütün, Odlu Silahlar və Partlayıcı Maddələr Bürosunun (ATF) əməkdaşları hadisə yerində işləyir.
Silahlı insidentin səbəbləri və yaralıların vəziyyəti barədə hələlik əlavə məlumat verilməyib