📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vaşinqton sərvətlərə sahibləndikdən sonra Kiyevə silah satışı ilə bağlı yeni qərar verildi

2025-05-01 10:22:47

Vaşinqton sərvətlərə sahibləndikdən sonra Kiyevə silah satışı ilə bağlı yeni qərar verildi

Hurriyyet.az xəbər verir ki, Ukraynanın yeraltı sərvətləri ilə bağlı razılaşma əldə edildikdən sonra ABŞ rəhbərliyi Ukraynaya satışına icazə verib.
Ukraynanın yeraltı sərvətlərinin əldə edilməsi ilə bağlı saziş imzalandıqdan sonra ABŞ Prezidenti Donald Tramp Ukraynaya silah satışı ticarətinə qoyduğu məhdudiyyəti ləğv edib.
Bu barədə "Kyiv Post" qəzeti mənbələrə istinadla məlumat verib.
Bildirilir ki, Ağ Ev birbaşa kommersiya satışları yolu ilə Ukraynaya 50 milyon dollar və ya daha çox məbləğdə silah ixracına icazə vermək planları barədə Konqresə məlumat verib. Lakin Kiyevə konkret nəyin satılacağı açıqlanmır.
Müvafiq proqram əvvəllər də qüvvədə olub, silahların böyük bir qismi pulsuz göndərilirdi. 
Artıq yeni pulsuz hərbi yardım paketlərinin ayrılmasından söhbət getmir.
Hürr Tərcüman