📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Valdas Dambrauskas ildə 50 kitab oxuyur

2026-10-23 14:09:43

Valdas Dambrauskas ildə 50 kitab oxuyur

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas bir ilə 50 kitab oxuyur.

Hurriyyet.net  xəbər verir ki, bu barədə Litvanın Azərbaycandakı səfirliyinin rəsmi səhifəsi məlumat yayıb.

Litvalı mütəxəssis həyat yoldaşı İnqrida Dambrauskiene ilə birlikdə səfirliyin təşkil etdiyi sərgidə iştirak edib. Onlar litvalı yazıçı Benas Berantas və Akvile Vaşkeleviçiene ilə mütaliənin əhəmiyyəti barədə söhbət ediblər. Daha sonra Dambrauskas bu fikirləri deyib:

“Mütaliə insanın həyatını dəyişə bilər. Kitablar yeni dünyaların qapısını açır, dünyagörüşümüzü genişləndirir və arzularımıza çatmağımıza kömək edir”.