Usta işlədiyi evdən meyiti tapıldı
2026-10-24 12:51:44
Göygöldə ustanın meyiti aşkar edilib.
Hurriyyet.net xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
İlkin məlumata görə, təxminən 45 yaşlarında olan Rasim Hacıyevin təmir etdiyi evlərdən birində meyiti aşkar edilib.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma başlanılıb.