📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ucarda maşınlar toqquşdu - Xəsarət alan var

2026-10-29 10:35:56

Ucarda maşınlar toqquşdu - Xəsarət alan var

Ucar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.net  xəbər verir ki, hadisə  rayonun Oğuz küçəsində olub.

Belə ki, Ucar rayonunun Alpı kənd sakini 1985-ci il təvəllüdlü Pərviz Mehmanovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Masallı rayon sakini 1997-ci il təvəllüdlü Yaqub Yaqubovun idarə etdiyi “Opel” markalı avtomobil toqquşub.

Qəza nəticəsində “VAZ-2106” markalı avtomobildə olan sərnişin, Ucar rayon sakini, 1967-ci il təvəllüdlü Güldana Cəfərova xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.