Üç zorlamada ittiham olunan Hollivud ulduzunun yalanı tutuldu
Prokuror Ril Karmi-Cons üç cinsi təcavüzdə ittiham olunan aktyor Rassel Brendin məhkəməsindəki yekun çıxışında Hollivud ulduzunun ifadəsi zamanı yalan danışdığını bildirib.
Hurriyyet.net xarici mediaya istinadla xəbər verir ki, bu barədə “Variety” jurnalı məlumat verib.
"O, müdafiəsini zərərçəkmişlərin verdiyi detallar ətrafında qurdu ki, bir az həqiqət ehtiva edən sözləri sonradan ona uyğun yalana çevrilsin", - deyə Karmi-Cons qeyd edib.
Prokuror həmçinin qeyd edib ki, işlərin birində Brend əvvəlcə dindirilmə zamanı hadisə ilə bağlı nəsə xatırladığını inkar edib, lakin məhkəmədə qəfildən hadisənin təfərrüatları və həmin günlər barədə tamamilə fərqli xatirələr təqdim etməyə başlayıb.
"Brend peşəkar sərhədlərə qətiyyən hörmət etmirdi. Qadınların kim olması, şəxsiyyətləri və ya maraqları onun vecinə deyildi. O, qadınlardan istədiyini almağa haqqı olduğunu düşünürdü", - deyə prokuror əlavə edib.
Altı britaniyalı qadın "Veqasdan qaçış" və "Penelopa" filmlərinin ulduzuna qarşı məhkəmə iddiası qaldırıb. Onlardan üçü cinsi təcavüz, digər üçü isə əllə cinsi sataşmaya dairdir. Brend özü günahsız olduğunu bildirib və yalnız "axmaq kimi davrandığını" etiraf edib.
Brend əvvəllər məhkəmədə müdafiəsi üçün şahid tapa bilməyib və həmçinin yetkinlik yaşına çatmayan pərəstişkarları ilə cinsi əlaqədə olması barədə ifadə verib.