📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə mədəndə partlayış - Ölən və yaralananlar var

2026-10-23 13:46:02

Türkiyədə mədəndə partlayış - Ölən və yaralananlar var

Türkiyənin Zonquldaq bölgəsində yerləşən özəl daş kömür mədənində partlayış baş verib.

Hurriyyet.net  Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dərəiçi məhəlləsində qeydə alınan hadisə nəticəsində iki nəfər ölüb, ikisi ağır olmaqla, beş nəfər yaralanıb.

İnsidentin mədən qazının partlaması nəticəsində baş verdiyi bildirilir. 

Partlayışın olduğu əraziyə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları, təcili yardım və yanğınsöndürmə briqadaları cəlb edilib.

Mədəndə qalan 1 fəhlənin xilas edilməsi üçün axtarış-xilasetmə işləri aparılır.