Türkiyə vətəndaşı Göygöldəki qəzada yaralandı
2026-11-04 15:16:52
Göygöldə avtomobillər toqquşub.
Hurriyyet.net xəbər verir ki, hadisə nəticəsində 1995-ci il təvəllüdlü M.Qarayev və Türkiyə vətəndaşı 1991-ci il təvəllüdlü M.Solqun müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Göygöl Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Xəsarət alanların vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır. (Oxu.az)