Türkiyə lirəsi dollara qarşı tarixi antirekordu yeniləyib
Türkiyə lirəsi ABŞ dollarına qarşı tarixi antirekordu yeniləyib.
Hurriyyet.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, lirənin məzənnəsi ilk dəfə olaraq 1 dollara qarşı 50 lirəni keçib.
Məlumata görə, həftəyə yüksəlişlə başlayan dollar yeni həftənin ilk ticarət günündə rekord səviyyəyə çatıb.
Lirənin dəyər itirməsinə qlobal iqtisadi vəziyyət təsir göstərib. Belə ki, hazırda valyuta bazarlarında əsas diqqət ABŞ-də noyabrın 3-də keçiriləcək aralıq seçkilərə yönəlib. Nümayəndələr Palatası və Senatdakı güc bölgüsünü müəyyən edəcək seçki nəticələrinin ABŞ Prezidenti Donald Trampın administrasiyasının yürütdüyü iqtisadi siyasətə və qlobal bazarlara da təsirsiz ötüşməyəcəyi gözlənilir.
Qeyd edək ki, bundan əvvəlki antirekord oktyabrın 26-da qeydə alınmışdı. Həmin vaxt dolların məzənnəsi 49,79 lirəyə yüksəlmişdi.