📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Trampın Özbəkistana səfəri planlaşdırılır

2026-10-19 13:50:57

Trampın Özbəkistana səfəri planlaşdırılır

Vaşinqton 2027-ci ildə ABŞ Prezidenti Donald Trampın Özbəkistana səfərini təşkil etmək niyyətindədir. 

Hurriyyet.net  xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət katibi Marko Rubio Səmərqənddə jurnalistlərə açıqlamasında bildirib.

“Biz səfərin baş tutmasını istərdik. Gələn il ərzində bunun üzərində işləyəcəyik və mümkün tarixləri müəyyənləşdirəcəyik”, - o deyib. 

Rubionun sözlərinə görə, Tramp özü belə bir imkan olacağı təqdirdə Özbəkistana səfər etmək niyyətini ifadə edib.