📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tovuzda iki nəfər bıçaqlandı, biri öldü - Saxlanılan var

2026-10-25 13:50:58

Tovuzda iki nəfər bıçaqlandı, biri öldü - Saxlanılan var

Tovuzda qətl hadisəsi baş verib.

Hurriyyet.net  xəbər verir ki, hadisə rayonun Xəqani küçəsində qeydə alınıb.

İlkin məlumata görə, hadisə zamanı iki nəfər bıçaqlanıb.

Bıçaqlanan şəxslərdən biri vəfat edib, digəri isə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma başlanılıb.

***

Polisin keçirdiyi müvafiq tədbirlər nəticəsində kəsici-deşici alətlə Ü. Abdullayevi yaralamaqda və Nizami Qurbanovu qətlə yetirməkdə şübhəli bilinən 24 yaşlı Elnur Sadıqov saxlanılaraq istintaqa təhvil verilib.

***

Tovuzda baş verən hadisənin bəzi təfərrüatları məlum olub.

Belə ki, hadisə zamanı qətlə yetirilən 1987-ci il təvəllüdlü Nizami Qurbanov Neftçala rayon sakinidir. Qətli törətməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü Elnur Sadıqov isə Ağdam rayon sakinidir.

İlkin məlumata görə, hadisə zamanı tərəflərin spirtli içkinin təsiri altında olduğu ehtimal edilir.

Faktla bağlı araşdırmalar davam edir.