📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tövlədə heyvanın ipini bağlamaq istədi - Barmağı qopdu

2026-10-30 21:55:07

Tövlədə heyvanın ipini bağlamaq istədi - Barmağı qopdu

Ağdamda bədbəxt hadisə nəticəsində 68 yaşlı qadının əl barmağı qopub.

Hurriyyet.net  əldə etdiyi məlumata görə, hadisə rayonun Əhmədağalı kəndində baş verib.

Belə ki, kənd sakini 1958-ci il təvəllüdlü Məmmədova Yasəmən Əşrəf qızı tövlədə heyvanını bağlayarkən əli ipin dolaşması nəticəsində sol əlinin bir barmağını itirib.

Yaralı Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.