📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Toraldan atmacalı açıqlama - Video

2026-11-13 15:25:08

Toraldan atmacalı açıqlama - Video

Azərbaycan millisinin müdafiəçisi Toral Bayramov ötən gün Lixtenşteynlə oyunöncəsi keçirilən mətbuat konfransındakı atmacalı cavabı ilə diqqət çəkib.

Hurriyyet.net  xəbər verir ki, oyunda baş məşqçinin şans verdiyi istənilən mövqedə oynaya biləcəyini deyə futbolçu jurnalistin “qapıda da” sualına maraqlı cavab verib. 

T.Bayramov sualı “bir oynamadığım ora qalıb” deyərək cavablandırıb. 

Qeyd edək ki, Azərbaycan yığması bu gün Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununa çıxacaq. Komandamız səfərdə Lixtenşteynlə üz-üzə gələcək.