📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Teymur Musayevə yeni vəzifə verildi

2026-11-12 16:39:37

Teymur Musayevə yeni vəzifə verildi

Nazirlər Kabineti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri dəyişib.

Hurriyyet.net  xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.

Qərara əsasən, komissiyanın yeni sədri Baş nazirin müavini Teymur Musayev təyin olunub.

Qeyd edək ki, bu təyinatadək Nazirlər Kabineti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Baş nazirin sabiq müavini Əli Əhmədov idi.

Xatırladaq ki, Teymur Musayev daha əvvəl səhiyyə naziri idi və ötən ay vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin edilib.