📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tbilisidə telekanal binasında yanğın başlayıb

2026-11-04 19:39:32

Tbilisidə telekanal binasında yanğın başlayıb

Tbilisidə “Formula” televiziya kanalının yerləşdiyi “Delisi” biznes mərkəzinin 12-ci mərtəbəsində yanğın başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Vaja Pşavela prospektindəki binanın daxilində və ətrafında qatı tüstü müşahidə olunur.

Yanğın səbəbindən telekanalın yayımı müvəqqəti dayandırılıb.

Hadisə yerinə yanğınsöndürmə və xilasetmə briqadaları cəlb edilib.