📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sürücü yuxuladı, qəza qaçılmaz oldu - Video

2026-11-01 14:03:27

Sürücü yuxuladı, qəza qaçılmaz oldu - Video

Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonu ərazisindən keçən 172-ci kilometrində sürücünün sükan arxasında yuxulaması səbəbindən saat 02:30 radələrində, yol-nəqliyyat hadisəsi qeydə alınıb.

BDYPİ-dən Hurriyyet.net  bildirilib ki, Mehdi Mirzəyevin idarə etdiyi MAN markalı qoşqulu yük avtomobili yoldan çıxaraq əvvəlcə ayırıcı beton səddə dəyib, sonra qarşı hərəkət zolağına keçərək yol kənarına aşıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin Mahir Məmmədov xəsarət alıb.

YPX Alayının əməkdaşları tərəfindən hadisə yeri nəzarətə götürülüb, digər nəqliyyat vasitələrinin sərbəst hərəkəti təmin olunub.

Faktla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edərək onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, iş və istirahət rejiminə ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə yanaşmamağa çağırır.