📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sumqayıtda beş avtomobil toqquşdu - Foto-Video

2026-11-14 16:39:06

Sumqayıtda beş avtomobil toqquşdu - Foto-Video

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.net  “Report”a istinadla xəbər verir ki, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb.

Hərəkətdə olan “Changan” və BYD markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən BYD idarəetmədən çıxaraq yolun kənarında park edilmiş BMW, “Audi” və “Volkswagen” markalı avtomobillərə çırpılıb.

Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.