Son 2 ildə dövlət borcu 3 trilyonu ötdü
2026-10-21 22:29:43
Sentyabr ayında Britaniyanın dövlət borcu ilk dəfə olaraq 3 trilyon funt sterlinqi ötüb.
Hurriyyet.net xəbər verir ki, bu haqda Birləşmiş Krallığın Milli Statistika İdarəsi məlumat yayıb.
Hesabatda qeyd olunur ki, “2024-cü ilin sentyabr ayının sonuna olan vəziyyətə görə, dövlət borcu ilk dəfə 3 trilyon funt sterlinq həddini aşıb”.
Bu rekord nominal göstəriciyə baxmayaraq, qurum borcun iqtisadiyyata nisbəti ilə bağlı müsbət tendensiya müşahidə edildiyini bildirir: ÜDM-ə nisbətdə dövlət borcunun hazırkı səviyyəsi bir il əvvəlki göstəricidən daha aşağıdır.