📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanıldı

2026-11-14 18:11:48

Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanıldı

Yasamal rayonu ərazisində avtobuslardan birində sərnişinə məxsus pul və mobil telefon talanıb.

Hurriyyet.net xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, polisin keçirdiyi tədbirlərlə soyğunçuluq əməlini törədən əvvəllər narkotiklərlə əlaqədar cinayətə görə məhkum olunmuş N.Əsgərov saxlanılıb. Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə də aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.