Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi olacaq
2026-10-20 14:15:46
“Beşiktaş”ın sabiq baş məşqçisi Sergen Yalçın Türkiyə milli komandasını çalışdıra bilər.
Hurriyyet.net xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, o, artıq Türkiyə Futbol Federasiyası ilə bütün məsələlərdə razılığa gəlib. Təyinatın yaxın saatlarda rəsmi açıqlanacağı qeyd edilib.
Sergen Yalçın bu postda bir neçə gün öncə istefa verən Vinçenzo Montellanı əvəzləyəcək.