📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

SEPAH ABŞ dronunu vurdu

2026-11-03 23:13:02

SEPAH ABŞ dronunu vurdu

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu gün ABŞ-yə məxsus MQ-9 “Reaper” tipli pilotsuz uçuş aparatının (PUA) Hörmüz boğazının şərq hissəsində vurulduğunu bəyan edib.

Modern.az “Bloomberg Sharq” saytına istinadla xəbər verir ki, SEPAH iddia edilən hadisənin görüntülərini də yayıb. Videoda ABŞ-yə məxsus pilotsuz uçuş aparatının bazar ertəsi axşam saatlarında hava hücumundan müdafiə raketi ilə birbaşa hədəfə alındığı əks olunur.

Məlumatda hadisənin baş verdiyi şərait və pilotsuz uçuş aparatının taleyi ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.