📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - Fotolar - Yenilənib

2026-11-12 11:33:29

Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - Fotolar - Yenilənib

Şəmkirdə ölümlə nəticələnən qəza baş verib.

Hurriyyet.net  xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı bir nəfər həlak olub.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

***

Hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb.

“Land Cruiser” markalı avtomobilin aşması nəticəsində iki nəfər həlak olub, daha bir nəfər yaralanıb.

Yaralı şəxs Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Ölən və xəsarət alan şəxslərin kimliyi dəqiqləşdirilir.

***

Hadisə nəticəsində Qılıncbəyli kənd sakinləri -  1995-ci il təvəllüdlü Elgün Abbasov və yaşıdı Eşqin Abbasov həlak olublar.

***

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) məlumatına görə, ilkin araşdırmalara əsasən hadisənin baş verməsinə alkoqollu içki qəbul edən sürücünün nahamar yol örtüyü olan yolda sürət həddinə nəzarəti itirməsi səbəb olub.

***

Qəza nəticəsində ölən və xəsarət alan şəxslər sinif yoldaşı olublar.

Onların hər üçü Şəmkirin Qılıncbəyli kəndindəndir.

İlkin məlumata görə, sözügedən şəxslər kafelərin birində yeyib-içdikdən sonra kəndə geri qayıdıblar. Bu zaman “Toyota” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Yunis Quliyev