📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şəhid övladları üçün əyləncəli proqram təşkil edilib

2026-11-03 16:20:41

Şəhid övladları üçün əyləncəli proqram təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və “Azərsun Holdinq”in birgə təşkilatçılığı ilə şəhid övladları üçün əyləncəli tədbir təşkil edilib.

Bakıvaxtı.az xəbər verir ki, Vətən müharibəsinin 6-cı ildönümü ərəfəsində təşkil edilən tədbir çərçivəsində 20-yə yaxın şəhid övladı “Dreamland Baku’’ ərazisində yerləşən "Dream Trampoline" əyləncə mərkəzində vaxt keçiriblər.

Onlar batutlarda tullanıb, müxtəlif oyun zonalarından yararlanıb, həmyaşıdları ilə birlikdə vaxt keçirərək xoş anlar yaşayıblar.

Tədbir şəhid övladlarının sosiallaşmasına, həmyaşıdları ilə ünsiyyət imkanlarının genişlənməsinə və asudə vaxtlarının səmərəli təşkilinə dəstək məqsədi daşıyıb.