“Sarı divar”dan Bakıda maraqlı banner - “Yol həqiqətən Xəzər dənizinə kimi gedib çıxır?”
2026-10-20 22:27:44
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turu çərçivəsində Bakıda davam edən “Sabah” – “Borussiya” (Dortmund) matçında qonaq komandanın azarkeşləri maraqlı jestləri ilə diqqət çəkiblər.
Hurriyyet.net xəbər verir ki, Dortmund təmsilçisinin məşhur “Sarı divar” (Gelbe Wand) kimi tanınan azarkeş qrupu Bakı Olimpiya Stadionunun tribunalarında xüsusi banner açıb.
Şüarda alman dilində “Führt der Weg selbst ans Kaspische Meer” (“Yol həqiqətən Xəzər dənizinə kimi gedib çıxır?”) sözləri yazılıb.
Alman azarkeşlər bu mesajla komandalarını hara gedirsə getsin, hətta Xəzər sahillərinə qədər addım-addım izlədiklərini və dəstəklədiklərini nümayiş etdiriblər.
Qeyd edək ki, qarşılaşmada hazırda hesab açılmayıb.
