📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sankt-Peterburqda beş nəfərdə meymunçiçəyi aşkarlandı

2026-10-20 10:26:16

Sankt-Peterburqda beş nəfərdə meymunçiçəyi aşkarlandı

Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi xəstəliyi təsdiqlənib.

Bu barədə Sankt-Peterburqdakı Botkin Xəstəxanasından bildirilib.

Qeyd olunub ki, daha əvvəl xəstəxanaya yerləşdirilən beş nəfərdə meymunçiçəyi xəstəliyi təsdiqlənib.

"Bütün xəstələrin vəziyyəti stabildir, yüngül və orta dərəcəli simptomlar müşahidə olunur", - xəstəxanadan bildirilib.

Qeyd edək ki, meymunçiçəyi nadir yoluxucu xəstəlikdir, daha çox Mərkəzi və Qərbi Afrikanın ucqar ərazilərində yayılıb. /APA