📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Samvel Karapetyan yenidən həbs edildi

2026-11-05 12:21:03

Samvel Karapetyan yenidən həbs edildi

“Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan 1 ay müddətinə həbs edilib.

Hurriyyet.net  Ermənistan mətbuatına istinadən xəbər verir ki, gecə boyu davam edən məhkəmə iclasında qərar bu gün səhər saatlarında elan olunub.

Qeyd edək ki, noyabrın 4-ü Ermənistanda Samvel Karapetyanın və siyasətçinin qardaşı oğlu, partiyanın parlamentdəki fraksiyasının rəhbəri Narek Karapetyanın evlərində axtarışlar aparılıb. Ermənistan İstintaq Komitəsi açılmış cinayət işi çərçivəsində eyni vaxtda 65 ünvanda axtarışlar aparıldığını açıqlayıb.

Daha sonra N.Karapetyan sosial şəbəkə hesabında paylaşım edərək S.Karapetyanın evində axtarışdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanıldığını yazıb.

Xatırladaq ki, “Taşir” şirkətlər qrupunun sahibi olan Samvel Karapetyan 2025-ci ilin iyununda həbs edilmişdi. O, konstitusiya quruluşunu devirməyə çağırış və iqtisadi cinayətlərdə ittiham olunurdu. Daha sonra ev dustaqlığına buraxılmışdı.