Şagirdlərə düşən illik təhsil xərcləri təsdiqlənib
“Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı” təsdiqlənib.
Modern.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.
Bu Qərar 2026-cı il sentyabrın 15-dən tətbiq edilir.
Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı
Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:
|
Sıra №-si |
Ümumi təhsil müəssisələrinin növləri |
Hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı (manatla) |
|
1. |
Tam orta ümumtəhsil məktəbi |
2000 |
|
2. |
Lisey |
2200 |
|
3. |
Gimnaziya |
2200 |
|
4. |
Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi |
2500 |
|
5. |
İnternat tipli lisey |
3000 |
|
6. |
İnternat tipli gimnaziya |
3000 |