Sabah da yağış yağacaq, şimşək çaxacaq
Oktyabrın 26-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-16° isti, gündüz 17-20° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Səhər tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-15° isti, gündüz 17-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-9° isti olacaq.