📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sabah 30 kənddə qaz olmayacaq

2026-10-27 10:23:04

Sabah 30 kənddə qaz olmayacaq

Sabah Şəkinin bəzi ərazilərində qazın verilişində fasilə olacaq.

Hurriyyet.net  xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Şəki şəhərinin, 2 qəsəbəsinin və 30 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.