Sabah 3 marşrutun hərəkət sxemi dəyişəcək
2026-11-02 20:39:03
Noyabrın 3-də Hövsan-Türkan avtomobil yolunda (kanala yaxın ərazidə) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
AYNA-dan Modern.az-a verilən xəbərə görə, məhdudiyyət səbəbindən 210, 215 və 218 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək.
Dəyişikliyə əsasən,
- 210 nömrəli marşrut Hövsan qəsəbəsi – Hövsan bağları;
- 218 nömrəli marşrut metronun “Əhmədli” stansiyası - Hövsan bağları;
- 215 nömrəli marşrut Türkan qəsəbəsi – Türkan bağları – Hövsan bağları (məhdudiyyət tətbiq edilən ərazi) istiqamətində fəaliyyət göstərəcək.