Ruslar humanitar yardım paylayan bölgəni vurdu
2026-11-03 18:00:06
Rusiya Ukraynanın Zaporojye vilayətində Komışuvas bölgəsini vurub.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, Zaporojye OVA-nın müvəqqəti rəhbəri Mixaylo Semikinin sözlərinə görə, hücumlarda 31 nəfər ölüb, 5 nəfər yaralanıb, 50 nəfər isə itkin düşüb.
Semikinin sözlərinə görə, Rusiya ordusu dünən ən azı doqquz hava hücumu həyata keçirib. Onlar kəndə insanların Dözümlülük Mərkəzində humanitar yardım aldığı anda zərbələr endiriblər.