📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyada məhkəmə keçmiş vəkil Elman Paşayevin oğlu ilə bağlı qərar verdi

2026-11-12 21:48:51

Rusiyada məhkəmə keçmiş vəkil Elman Paşayevin oğlu ilə bağlı qərar verdi

Keçmiş vəkil Elman Paşayevin oğlu Elvin Paşayev Rusiyada xüsusilə külli miqdarda dələduzluq işi üzrə təqsirini etiraf etməyib.

Oxu.Az xəbər verir ki, bu barədə "İzvestiya"nın məhkəmə iclasını izləyən müxbiri məlumat verib.

Müdafiə tərəfi qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırsa da, məhkəmə Elvin Paşayevin həbs müddətini daha altı ay uzadıb.

"Qətimkan tədbiri seçilərkən bir neçə cinayət işi birləşdirilmişdi. Onların arasında Cinayət Məcəlləsinin 105-ci maddəsinin birinci hissəsi (qətl) üzrə iş də var idi. Həmin iş ayrıca icraata ayrılıb və hazırda baxılan işə daxil deyil", - deyə Paşayevin vəkilləri bildiriblər.

Xatırladaq ki, iyunun 15-də Elvin Paşayevin həbs olunduğu barədə məlumat yayılmışdı. İstintaqın versiyasına görə, o, mənzillə bağlı qanunsuz sövdələşmədə iştirak edib. İş üzrə ümumilikdə səkkiz nəfər həbs olunub. Elvin Paşayevin sövdələşmədə iştirak etməsi təşəbbüsünün atasından gəldiyi ehtimal olunur.

Keçmiş vəkil Elman Paşayev də xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur. İstintaqın məlumatına görə, 2024-cü ilin fevralında o, bloqer Yelena Blinovskayanın həyat yoldaşı Alekseyə külli miqdarda pul müqabilində Yelenanın cinayət məsuliyyətindən azad edilməsinə nail olacağını vəd edib.