RUSİYADA 25,7,FAIZ, TÜRKİYƏDƏ 21,6, AZƏRBAYCANDA İSƏ... - Ailə gəlirlərinin nə qədəri yeməyə xərclənir? + SİYAHI
Azərbaycanda ailələrin ümumi xərclərinin 37,6 faizi evdə istehlak üçün alınan ərzaq məhsullarına sərf olunur. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin İqtisadi Tədqiqatlar Xidmətinin (USDA ERS) 2025-ci il məlumatları əsasında 103 ölkə üzrə hazırlanan müqayisədə Azərbaycan 17-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, araşdırmada yalnız evdə istehlak üçün alınan ərzaq məhsullarına çəkilən xərclər nəzərə alınıb. Yəni, bura restoran və digər ictimai iaşə obyektlərindəki xərclər, spirtli içkilər və tütün məhsulları daxil deyil.
Araşdırmanın nəticələri göstərir ki, Azərbaycanda istehlakçıların xərclərində ərzağın payı bir sıra qonşu və region ölkələri ilə müqayisədə daha yüksəkdir. Məsələn, Gürcüstanda bu göstərici 31 faiz, İranda 27,6 faiz, Rusiyada 25,7 faiz, Türkiyədə isə 21,6 faiz təşkil edir.
Azərbaycanın digər qonşuları arasında ərzağa ən çox vəsait ayıran ölkələrdən biri Türkmənistandır. Burada istehlakçı xərclərinin 46,3 faizi ərzaq məhsullarına yönəlir. Qazaxıstanda göstərici 41,7 faiz, Özbəkistanda isə 44,8 faizdir.
103 ölkənin yer aldığı siyahıda Nigeriya 56,2 faizlə birinci yerdədir. Bu ölkədə ailələrin ümumi xərclərinin yarıdan çoxu ərzaq məhsullarının alınmasına sərf olunur. İlk üçlükdə Nigeriyadan sonra Myanma (54,8 faiz) və Laos (53,9 faiz) qərarlaşıb. Onları Keniya (48,7 faiz), Türkmənistan (46,3 faiz), Tanzaniya (45,8 faiz) və Özbəkistan (44,8 faiz) izləyir.
Siyahının ilk 15-liyində Kot-d'İvuar və Kamerun 42,8 faizlə, Qazaxıstan 41,7 faizlə, Ukrayna 41,6 faizlə, Əlcəzair 41,5 faizlə, Qvatemala 40,6 faizlə, Efiopiya 39,2 faizlə və Qana 38,7 faizlə təmsil olunur.
Digər tərəfdən, inkişaf etmiş ölkələrdə ərzağın istehlakçı xərclərindəki payı xeyli aşağıdır. Məsələn, Sinqapur 6,3 faizlə siyahının sonuncu, ABŞ isə 6,4 faizlə sondan ikinci pilləsində qərarlaşıb. İsveçrə və Honkonqda bu göstərici 8,5 faiz, Kanadada 9,5 faiz, Avstraliyada isə 9,8 faizdir.
Qeyd edək ki, iqtisadi baxımdan ərzaq məhsullarına çəkilən xərclərin ümumi istehlak büdcəsindəki payı əhalinin gəlir səviyyəsi ilə sıx bağlıdır. Gəlirlər artdıqca insanların mənzil, nəqliyyat, təhsil, istirahət və digər ehtiyaclara ayıra bildiyi vəsait genişlənir. Nəticədə ərzaq xərclərinin ümumi büdcədəki nisbi payı adətən azalır. Əksinə, gəlirlərin aşağı olduğu ölkələrdə ailələr büdcələrinin daha böyük hissəsini gündəlik qida ehtiyaclarının qarşılanmasına sərf etməli olurlar.
Həmin siyahını təqdim edirik:
- Nigeriya – 56,2
- Myanma – 54,8
- Laos – 53,9
- Keniya – 48,7
- Türkmənistan – 46,3
- Tanzaniya – 45,8
- Özbəkistan – 44,8
- Kot-d'İvuar – 42,8
- Kamerun – 42,8
- Qazaxıstan – 41,7
- Ukrayna – 41,6
- Əlcəzair – 41,5
- Qvatemala – 40,6
- Efiopiya – 39,2
- Qana – 38,7
- Anqola – 38,2
- Azərbaycan – 37,6
- Filippin – 35,8
- Uqanda – 34,9
- Mərakeş – 34,4
- İraq – 34,3
- Kamboca – 34,0
- İndoneziya – 33,1
- Misir – 33,0
- Pakistan – 32,8
- Bosniya və Herseqovina – 31,9
- Gürcüstan – 31,0
- Belarus – 30,6
- Honduras – 30,3
- Şimali Makedoniya – 29,8
- Banqladeş – 29,6
- Şri-Lanka – 29,4
- Hindistan – 28,1
- Boliviya – 28,1
- Paraqvay – 27,7
- İran – 27,6
- Argentina – 26,7
- Vyetnam – 26,4
- El-Salvador – 26,1
- Rusiya – 25,7
- Malayziya – 25,5
- Meksika – 25,4
- İordaniya – 24,5
- Tayland – 24,1
- Rumıniya – 23,9
- Ekvador – 23,4
- Serbiya – 23,3
- Peru – 23,1
- Xorvatiya – 22,9
- Tunis – 22,9
- Bolqarıstan – 22,3
- Kolumbiya – 22,0
- Türkiyə – 21,6
- Oman – 21,4
- Kosta Rika – 21,4
- Çili – 21,0
- Səudiyyə Ərəbistanı – 20,9
- Dominikan Respublikası – 20,7
- Estoniya – 20,4
- Livan – 20,1
- Latviya – 19,3
- Slovakiya – 19,0
- Venesuela – 18,9
- Uruqvay – 18,8
- Litva – 18,8
- Çin – 18,1
- Portuqaliya – 18,0
- Küveyt – 17,8
- Polşa – 17,8
- Panama – 17,5
- Macarıstan – 17,1
- Cənubi Afrika – 16,7
- Yaponiya – 16,3
- İsrail – 15,6
- İtaliya – 14,9
- Yunanıstan – 14,9
- Çexiya – 14,8
- Sloveniya – 14,2
- Qətər – 14,1
- İsveç – 13,7
- Bəhreyn – 13,5
- Fransa – 13,3
- Tayvan – 12,9
- Finlandiya – 12,9
- İspaniya – 12,8
- Cənubi Koreya – 12,8
- Yeni Zelandiya – 12,6
- Belçika – 12,5
- Norveç – 11,9
- Danimarka – 11,7
- Braziliya – 11,7
- Niderland – 11,6
- Almaniya – 11,5
- Birləşmiş Ərəb Əmirlikləri – 10,8
- Avstriya – 9,9
- Avstraliya – 9,8
- Kanada – 9,5
- Honkonq – 8,5
- İsveçrə – 8,5
- Böyük Britaniya – 8,3
- İrlandiya – 8,3
- ABŞ – 6,4
- Sinqapur – 6,3