📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya Moldovanı hədələdi – “Dnestryanı bölgədə toqquşma ola bilər”

2026-10-23 13:29:44

Rusiya Moldovanı hədələdi – “Dnestryanı bölgədə toqquşma ola bilər”

Moldovanın hərəkətləri tanınmamış Dnestryanı bölgə ilə Moldova arasında yeni hərbi toqquşmaya səbəb ola bilər.

Hurriyyet.net  xarici mediaya istinadla xəbər verir ki, Rusiyanın Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı (ATƏT) daimi nümayəndəsi Dmitri Polanski Kişinyovu bu barədə xəbərdar edib.

Polanski bildirib ki, Moldovanın Dnestryanıya qarşı yeni vergi siyasəti regionun iqtisadiyyatını sarsıtmağa yönəlib və Rusiyanın təsirinə qarşı mübarizə bəhanəsi ilə həyata keçirilir.

Rəsmi şəxs deyib: “Biz Dnestryanı nizamlamasının mövcud mürəkkəb strukturunu sarsıtmaq üçün qəsdən edilən cəhdlə qarşılaşırıq və bu, qaçılmaz olaraq hərbi qarşıdurmaya səbəb olacaq".

Bir müddət əvvəl Rusiya-Moldova Dostluq və Əməkdaşlıq Mərkəzinin rəhbəri Dmitri Sorokin Moldovanın Ukrayna modelinə əsaslanaraq Rusiya ilə münaqişəyə hazırlaşdığına dair əlamətləri müəyyən edib. O əlavə edib ki, bunu respublikada ABŞ kəşfiyyat şirkəti olan “Millenium”un olması sübut edə bilər.

Qeyd edək ki, Ukrayna və Gürcüstanın Avropaya meyllənməsindən sonra Kremlin bu ölkələrə hibrid təzyiqi artdığı kimi Moldovanın da Avropa yolu tutması ilə bağlı RF hakimiyyətinin məsul şəxslərinin bu ölkə ilə bağlı ritorikası və siyasəti dəyişib.