📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya Dneprdə vağzala zərbə endirdi - 13 nəfər öldü

2026-10-29 18:13:05

Rusiya Dneprdə vağzala zərbə endirdi - 13 nəfər öldü

Rusiya Dneprdə (Ukrayna) dəmir yolu vağzalına reaktiv dronla zərbə endirib, nəticədə 13 nəfər ölüb, ən azı 5 nəfər yaralanıb.

Modern.az "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyası məlumat yayıb.

"Ukrzaliznıtsya" şirkətinin məlumatına görə, zərbə vağzalın platformalarından birinə dəyib və həmin vaxt orada Dnepr - Zaporojye marşrutu üzrə hərəkət edən 866 nömrəli elektrik qatarı olub.

Elan edilmiş yüksək təhlükə səviyyəsinə baxmayaraq, platformada insanlar olub.

Xilasedicilər, tibb işçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.