📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Respublikaçıların məğlubiyyətindən sonra Vens PLANLARINI DƏYİŞDİ

2026-11-13 21:31:46

Respublikaçıların məğlubiyyətindən sonra Vens PLANLARINI DƏYİŞDİ

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Konqresə aralıq seçkilərində Respublikaçılar Partiyasının məğlubiyyətindən sonra 2028-ci il prezident seçkilərində iştirakdan imtina etmək imkanını nəzərdən keçirir.

Musavat.com xəbər verir ki, bu barədə CNN siyasətçinin yaxın ətrafına istinadən məlumat yayıb.

Telekanalın həmsöhbətlərinin sözlərinə görə, Vənsin qərarına təsir edən əsas amillərdən biri İranla davam edən müharibədir.

Onun müttəfiqləri qorxurlar ki, bu münaqişə növbəti prezident seçkilərində respublikaçıların perspektivlərini əhəmiyyətli dərəcədə çətinləşdirə bilər.

"Məsələ Cey Di-nin qələbə qazana biləcəyində deyil. Məsələ odur ki, İranla müharibə davam edərsə, ümumiyyətlə hər hansı bir respublikaçı qalib gələ bilərmi", - deyə mənbələrdən biri qeyd edib.

Bununla belə, Vens hələlik gələcək planları ilə bağlı qəti qərara gəlməyib və bu barədə hər hansı müddət təyin etməyib.

Onun tərəfdarlarının bir hissəsi hələ də vitse-prezidentin namizədliyini irəli sürəcəyinə ümid edir.

CNN-in məlumatına görə, Vensin aralıq seçkilərdən sonra respublikaçıların məğlubiyyətini İrana qarşı müharibə ilə əlaqələndirdiyi sosial media paylaşımı ABŞ prezidenti Donald Trampın ciddi narazılığına səbəb olub.