📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rəsmi Bakıdan Türkiyəyə təbrik

2026-10-29 12:55:17

Rəsmi Bakıdan Türkiyəyə təbrik

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib.

Hurriyyet.net xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

“29 Oktyabr – Türkiyə Respublikasının əsasının qoyulmasının 103-cü ildönümü münasibətilə qardaş Türkiyə xalqını və dövlətini səmimi-qəlbdən təbrik edirik.

Bu əlamətdar gündə Türkiyə  Respublikasının qurucusu Mustafa Kamal Atatürkü, eləcə də ölkənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edirik. Türkiyənin Cümhuriyyət Bayramı mübarək olsun!”, - paylaşımda qeyd olunub.