📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qırmızı xətt gücləndirilmiş qrafikdə işləyəcək

2026-10-20 12:08:23

Qırmızı xətt gücləndirilmiş qrafikdə işləyəcək

Oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Çempionlar Liqası matçında “Sabah” FK-nın növbəti qarşılaşması ilə əlaqədar Bakı metropolitenində xüsusi iş rejimi tətbiq olunacaq.

Hurriyyet.net  xəbər verir ki, stadionun yaxınlığında yerləşən “Koroğlu” stansiyasına əlavə işçi qüvvəsi cəlb ediləcək və nəzarət gücləndiriləcək.

Qeyd olunub ki, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq. Həmçinin Yaşıl və Bənövşəyi xətlər üzrə qatarların hərəkət qrafiki dəyişdirilməyəcək.